English version

Bakcell və Azerfon şirkətlərinin rəsmi diler funksiyasını yerinə yetirmək təcrübəsi əldə edən, 15 satış nöqtəsini və 40-a yaxın diler şəbəkəsini əhatə edən West Telecom şəbəkə mağazaları 2000-ci ildən fəaliyyətdədir. Hər bir satış nöqtəsi barkod sistemi ilə fəaliyyət göstərir. Mağazalarda mobil texnologiyaya aid bütün xidmətlər müasir standartlara uyğun göstərilir. Alıcıların rahatlığı üçün mağazadakı məhsulların kreditlə satışı, çatdırılma, texniki xidmət və zəmanət dəstəyi də təklif olunur. Elektron və Mobil texnologiya bazarında liderliyi qorumaq məqsədi ilə satış və marketing departamentləri davamlı araşdırmalar apararaq innovativ layihələr tətbiq etməklə alıcılar üçün maraqlı, cəlbedici layihələr həyata keçirirlər.

PERSONAL

Profesional kadrlar yetişdirməklə onları özünün ən böyük uğuru hesab edən West Telekom personal üçün WD (“West Development ” – “West Inkişaf ”) və WM (“West Motivaton” – “West Motivasiya” proqramları hazırlanaraq tətbiq edilir. Bu proqramlar personala öz fəaliyyətləri dövründə uğur qazanmaq imkanı və əməkdaşların inkişafı üçün real imkanlar verir. Alıcılara profesional, qüsursuz xidmət göstərə bilmək məqsədi ilə satış və xidmət personalı xüsusi təlim proqramlarında iştirak edərək certifikatlarla təltif edilirlər.

 

Studio Shukurzade